Çilidə 7,5 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilib Bu gün, 08:52 TEREF yazır ki, Cənubi Amerika ölkəsi olan Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Çilinin Antarktika yarımadası sahillərindəki Dreyk keçidi olduğunu açıqlayıb.Təxminən 10,8 kilometr dərinlikdə baş verən zəlzələ Argentina və Çilinin bir çox şəhərində hiss olunub.Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti (SHOA) zəlzələdən sonra sunami xəbərdarlığı etdiyini açıqlayıb.SHOA sahilyanı ərazilərin, qayalı sahillərin, bataqlıq ərazilərin, estuarların, çayların mənsəblərinin, sahil xətlərinin, piyada keçidlərinin, marinaların, sahil yollarının, balıqçılıq limanlarının, limanların və estakadaların boşaldılmasını əmr etdi.Mənbə: Anadolu Agentliyi (AA) Facebook-da paylaş