Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT

Bu gün, 00:10           
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Astara rayon İcra Hakimiyyəti Yunis Qafar oğlu Qədimbəyliyə Astara şəhəri, Heydər Əliyev küçəsi, 11 ünvanında qeyri-yaşayış (ictimai iaşə) binasının tikintisinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, İcra hakimiyyəti obyektin tikintisinə 11 avqust 2025-ci il tarixli ETİ-02/25 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 28 yanvar 2025-ci il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-3453/2025 saylı, həmçinin 24 oktyabr 2024-cü il tarixində tikinti layihəsinə dair 38358 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən iaşə obyektinin tikinti sahəsi 354,1 kv. metr, ümumi sahəsi 686,5 kv. metr, mərtəbələrinin sayı isə 3 olacaq.
Onu da qeyd edək ki, obyektə Tikintilərin Dövlət Reyestri tərəfindən 14 avqust 2025-ci il tarixli 80101014-1-2512-009149/0825 saylı kod verilib.
Məlumat üçün bildirək ki, 3 mərtəbəli iaşə obyektinin sifarişçisi olan Yunis Qafar oğlu Qədimbəyli “Sədərək” ticarət mərkəzinin sahibi kimi tanınan, məşhur iş adamı Yusif Qədimbəylinin qardaşıdır. Yunis Qədimbəyli eyni zamanda 2004-cü ildə dövlət qeydiyyatına alınan “Sədərək” Firmasının (VÖEN – 9900020171) qanuni təmsilçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru