Şahbanu Fərah Pəhləvi İranın güc qurumlarını xalqa qarşı çıxmamağa çağırıb

7-10-2022, 08:28           
Şahbanu Fərah Pəhləvi İranın güc qurumlarını xalqa qarşı çıxmamağa çağırıb
İranın sonuncu şahı Məhəmməd Rıza Pəhləvinin dul həyat yoldaşı, imperatriça-regent Şahbanu Fərəh Pəhləvi İranın güc qurumlarına öz xalqına qarşı çıxmamağa və xalqın qəzəb obyekti olan hakimiyyətin əlində xalqın sıxışdırılması üçün alətə çevrilməməyə çağırıb.

“Siz bu millətin bir parçasısınız, ona görə də bu millətlə bir olun”, deyə o Twitter-də yazıb.

O hesab edir ki, 1979-cu ildə hakimiyyətin ələ keçirilməsi qanunsuz olub, bu da onun “Şahbanu” və ya imperatriça-regent olaraq 1906-cı il tarixli İran konstitusiyasına əsasən dövlətin yeganə qanuni başçısı olması deməkdir.

Avqustun sonlarında Şahbanunun ən yaxın köməkçilərindən olan Firudeh Qaffarpur Sunday Express-ə belə deyib: “İmperator Əlahəzrət, oğlu ,Şah Əlahəzrət vəliəhd şahzadə Rza bu amansız, diktator rejim şəraitində yaşayan iranlıların narazılığından yaxşı xəbərdardır”.

Rejim devriləcəyi təqdirdə yalnız Fərəhin hakimiyyətdə boşluq olmamasına zəmanət vermək hüququna malik olduğunu dəyən Qaffarpur əlavə edib ki, o, konstitusiya monarxiyasının bərpasını və ya İranın dünyəvi ölkəyə çevrilməsini “həll etməyi İran xalqına verəcək”.

O, belə deyib: “İmperator Əlahəzrət hesab edir ki, insanların hələ də Pəhləvinin adını təkrarladıqları İranda onun məşhurluğu elədir ki, bu, nəhayət iranlılara alqışlayacaqları alternativ, demokratiya, lazımi hüquqi prosedur və insan hüquqları prinsiplərinə ciddi şəkildə riayət edən konstitusiya monarxiyası təqdim edəcək və həm regional, həm də beynəlxalq sabitliyi təmin edəcək.

“Onun hələ də sevdiyi, dəstəklədiyi və söhbət etdiyi İran xalqı bunu istəyir və buna layiqdir”.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.