Jirinovski velosiped oyunundan da çıxdı - VİDEO 20-05-2016, 22:13 Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasına velosipedlə gedib.Axar.az xəbər verir ki, Jirinovski bu addımı Moskva və digər şəhərlərdə keçirilən “İşə velosipedlə getmək” aksiyası çərçivəsində atıb.Yağış yağsa da, Jirinovski velosipedlə işə getməkdən imtina etməyib. Ona partiyanın digər üzvləri də qoşulub.Aksiyanın məqsədi isə velosipedin şəxsi avtomobilə alternativ olduğunu sübut etmək, eyni zamanda fiziki sağlamlığı gücləndirməkdir. Facebook-da paylaş