Tailandda ŞOK: Öldüyü güman edilən kişi dirilib və polisdən kömək istəyib

12-06-2025, 11:48           
Tailandda ŞOK: Öldüyü güman edilən kişi dirilib və polisdən kömək istəyib
Tailandda suda boğulduqdan sonra qəfil dirilən kişi polisi və tibb işçilərini şoka salıb.

Oxu.Az bu qəribə hadisə barədə "Bangkok Post" qəzetinə istinadən məlumat verir.

Yerli balıqçıların çağırışı ilə hadisə yerinə mütəxəssislər gəliblər. Cəsəd Nonthaburi əyalətində körpünün altında üzüb. İnsanlar kanalda tapılan naməlum şəxsin öldüyünə əmin olublar. Onların daha sonra dediklərinə görə, kişidə həyat əlaməti olmayıb. Bundan əlavə, gələn kimi həkimlər onun üzündəki qanı yoxlayıb və yoldan keçənlərin dediklərini təsdiqləyiblər.

Mütəxəssislər meyiti meyitxanaya çatdırmağa hazırlaşan kimi o, qəflətən dirilib və ucadan qışqırıb:

"Mənə kömək et!". Müvafiq idarələrin əməkdaşları tez bir zamanda kişini sudan çıxarıb və onun özünə gəlməsinə kömək ediblər.

"Dirilmiş ölü" adının Kösem, yaşının 70-ə yaxın olduğunu bildirib. O, evə qayıdarkən özünü pis hiss etdiyini və kanalda huşunu itirdiyini xatırlayıb. Kişi əlavə müayinə üçün xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru