Dənizə düşən təyyarənin vurulduğu bildirilir- ABŞ-dan terror versiyasına reaksiya gəldi

21-05-2016, 00:53           

Parisdən Qahirəyə uçan və srağagün gecə saatlarında radarlardan itən «EgyptAir» aviaşirkətinə məxsus «Airbus A320» sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı terror versiyası səsləndirilir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, içərisində 66 nəfərin olduğu təyyarənin qalıqları və sərnişinlərin yükləri Aralıq dənizində tapılıb.

Misirin baş naziri Şərif İsmayıl hər bir versiyanı nəzərdən keçirdiklərini bildirib. Ölkənin mülki aviasiya naziri Şərif Fatih təyyarənin texniki problemdən çox, terror hücumuna görə qəzaya uğradığını ehtimal edib.

Hadisə ilə bağlı Fransa prezidenti Fransua Olland təcili iclas çağırıb. Misir prezidenti Əbdül Fəttah Sisi ölənlərin yaxınlarına başsağlığı verib. ABŞ isə terror ehtimalına təmkinli yanaşmağa çağırıb.

Fransanın aviasiya üzrə ekspertləri təyyarənin terror hücumuna məruz qaldığına dair güclü dəlillərin olduğunu deyirlər. Onların fikrincə, təyyarənin qəzadan əvvəl 2 sərt manevr etməsi də sübütlardan biridir.

Yunanıstan müdafiə naziri Panos Kamennosun dediyinə görə, qəzadan əvvəl təyyarə 90 dərəcə sola dönüb, daha sonra isə yönünü 360 dərəcə dəyişib. Bu manevrlər zamanı təyyarə 11 min metrdən 4500 metr sürətlə eniş edib.

Ekspertlər belə manevrlərin şüurlu şəkildə edilməsini qeyri-mümkün sayır. Təyyarə radarlardan itəndən 4 dəqiqə əvvəl pilotla təmas qurulub. Hər hansı hücum olubsa, həmin 4 dəqiqə ərzində baş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.