Etirazçılar Səttərxan küçəsinə axışdı: Xameneiyə ölüm!

11-12-2022, 12:38           
Etirazçılar Səttərxan küçəsinə axışdı: Xameneiyə ölüm!
İranda molla rejiminin edam etdiyi gənc fəal Mohsen Şekarinin ölümü və digər cinayətlərə görə, rejim əleyhinə etiraz edən əhali Tehranın Səttarxan küçəsinə axışıb.

Cebhe.info xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, etirazçı sakinlərin əsas şüarları “Xamenei qatildir, biz hamımız Mohsen Şekariyik! İllər boyu cinayət, ölüm olsun belə rəhbərə! Cəllad Xamenei, səni torpağa basdırarıq! Ölüm olsun Xameneiyə!” və s. olub.

Onlar İran hakimiyyətini günahsız insanları qətlə yetirməkdə ittiham edərək, ölkədə ədalətin bərqərar olunması uğrunda mübarizə aparacaqlarını bildirib. (Modern)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru