Peruda fövqəladə vəziyyət elan edildi

15-12-2022, 10:14           
Peruda fövqəladə vəziyyət elan edildi
Peruda fövqəladə vəziyyət rejimi tətbiq edilir.

Bunu ölkənin müdafiə naziri Alberto Otarola çərşənbə günü bildirib.

“Bir neçə saatdan sonra rəsmi mətbuatda 30 təqvim günü müddətinə ümummilli fövqəladə vəziyyət elan edilməsi haqqında fərman dərc olunacaq”, - o, dövlət televiziyasında bəyan edib.

Nazirin qeyd etdiyi kimi, bu müddət ərzində milli polis asayişin qorunmasında ölkənin silahlı qüvvələrinə köməklik göstərəcək.

Siyasətçi onu da xatırladıb ki, fövqəladə vəziyyət dövründə vətəndaş hüquqlarına bir sıra məhdudiyyətlər tətbiq edilir.

Xatırladaq ki, dekabrın 7-də Peru prezidenti Pedro Kastilyo vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb. Növbədənkənar seçkilərin keçirilməsini tələb edən nümayişçilər yolları bağlayır, hava limanlarını zəbt edir, hökumət və hüquq-mühafizə orqanlarına, eləcə də media ofislərinə basqın edirlər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru