"ABŞ-ın İrana hücumla əlaqəsi yoxdur" - Pentaqon

30-01-2023, 11:46           
"ABŞ-ın İrana hücumla əlaqəsi yoxdur" - Pentaqon
"İrana hava hücumları ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur".

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

O, ABŞ ordusunun İrana qarşı hücumlarda iştirak etmədiyini desə də, əlavə şərh verməkdən imtina edib.

Adları açıqlanmayan bir neçə ABŞ rəsmisi də bildirib ki, ABŞ-ın İranın İsfahan şəhərində hərbi zavoda PUA hücumu ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, "Al-Arabiya" televiziyası isə Amerika mənbələrinə istinadən məlumat verib ki, İsfahandakı hərbi fabrikə hücumda ABŞ Hərbi Hava Qüvvələri iştirak etmiş ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru