"NATO Rusiyanın Ukraynada böyük hücuma necə hazırlaşdığını görür" - Stoltenberq

31-01-2023, 09:58           
"NATO Rusiyanın Ukraynada böyük hücuma necə hazırlaşdığını görür" - Stoltenberq
"Rusiya müharibə başlayandan bəri ən böyük hücuma hazırlaşır".

APA-nın Şimali Atlantika Alyansının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Koreyaya səfəri zamanı bildirib.

“Biz görürük ki, onlar yeni hücuma hazırlaşırlar, çox sayda əsgəri, 200 mindən çox insanı və bəlkə də daha çoxunu səfərbər ediblər. Onlar fəal şəkildə silah və sursat tədarük edirlər”, - deyə o bildirib.

Stoltenberq əlavə edib ki, NATO Rusiya prezidenti Putinin “bütün Ukraynaya nəzarət” məqsədini dəyişdirdiyinə dair heç bir əlamət görmür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru