Yaponiyadan orbitə buraxılan raketə “özünü məhv et” əmri verildi - FOTO/VİDEO

8-03-2023, 11:09           
Yaponiyadan orbitə buraxılan raketə “özünü məhv et” əmri verildi - FOTO/VİDEO
Yaponiya Aerokosmik Agentliyinin (JAXA) mütəxəssisləri Kaqosima prefekturasında Taneqasima kosmodromundan buraxılmış H3 raketinin uçuşunu yarımçıq dayandırıblar.

Missiyanın yayımı JAXA-nın “YouTube”dakı kanalında aparılıb.

Buna səbəb kimi missiyanın uğurla başa çatacağını proqnozlaşdırmağın mümkünsüzlüyü göstərlib.

“Raketə məhv olmaq siqnalı göndərildi”, - deyə diktor yayım zamanı elan edib.


Mediada yayılan məlumata görə, JAXA ikinci mərhələ mühərrikinin işə salındığını təsdiq edə bilməyib.

63 metr uzunluğunda olan H3 Yaponiyanın ən böyük daşıyıcı raketidir və maye yanacaqla işləyir. Onun missiyası təbii fəlakətləri izləmək üçün nəzərdə tutulmuş ALOS-3 peykini orbitə çıxarmaq idi. Fevralın 17-də oxşar buraxılış uğursuzluqla başa çatıb - raket yerdən qalxa bilməyib.



TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru