Polşa Ukraynaya daha 10 ədəd “Leopard” tanklarını çatdırıb

10-03-2023, 00:05           
Polşa Ukraynaya daha 10 ədəd “Leopard” tanklarını çatdırıb
Polşanın Ukraynaya daha 10 ədəd “Leopard 2A4 “ model tanklarının təhvil verilməsi prosesi tamamlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, bu gün Ukraynaya vəd edilən daha 10 Leopard 2A4 tankı təhvil verilib. Nazirlik Polşa, Norveç və Kanadalı təlimçilər tərəfindən Ukrayna əsgərlərinə tankların istifadəsi ilə bağlı verilən təlimin də uğurla başa çatdığını bildirib.

Kanadanın 8, Norveçin 8, İspaniyanın isə 6 Leopard 2 tankı batalyona verəcəyini açıqlayıb: "Leopard 2A4 batalyonunu formalaşdırmağa nail olduq. Bu yolla beynəlxalq koalisiyanın tərkibində Ukraynaya dəstək veririk". - deyə açıqlamada qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru