Rusiyanın dondurulmuş aktivlərinin həcmi məlum oldu

10-03-2023, 12:53           
Rusiyanın dondurulmuş aktivlərinin həcmi məlum oldu
ABŞ və müttəfiqləri sanksiyalara məruz qalan rusiyalıların ümumi məbləği təxminən 58 milyard dollar olan aktivlərini dondurublar.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Maliyyə, ədliyyə, daxili işlər və ticarət nazirləri, eləcə də Avropa komissarları tərəfindən REPO İşçi Qrupunun yaradıldığı bir il ərzində onun üzvləri rusiyalıların 58 milyard dollardan çox sanksiya qoyulmuş aktivlərini bloklayıb və ya dondurublar”, - məlumatda deyilir.

Nazirlik həmçinin, sanksiyalardan yayınmağa çalışan rusiyalıların ABŞ-də daşınmaz əmlaka investisiya yatırdıqlarını bildirib və bu sahəyə ciddi nəzarət etməyə çağırıb.

Mənbə: segodnia.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru