Daha bir ölkədə məmurlara “TikTok” qadağası

18-03-2023, 12:07           
Daha bir ölkədə məmurlara “TikTok” qadağası
Yeni Zelandiya Parlamenti öz deputatlarına xidməti mobil telefonlarda “TikTok”dan istifadə etməyə qadağa qoyub.

Bildirilib ki, martın 31-dən bu tətbiq deputatların telefonlarında əlçatan olmayacaq.

“Biz millət vəkillərinə və işçilərə “TikTok”un bütün xidməti cihazlardan silinəcəyini bildirdik”, - deyə parlament aparatının rəhbəri Rafael Qonzales-Montero bildirib.

O qeyd edib ki, parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir.
Qonzalez-Montero əlavə edib ki, yalnız peşə vəzifələrini yerinə yetirmək üçün bu tətbiqə ehtiyacı olanlar üçün istisnalar ediləcək.

Qeyd edək ki, ABŞ-də, Kanadada, Belçikada, Britaniyada, Danimarkada da məmurların xidməti telefonlarında “TikTok”dan istifadə qadağan edilib. Bundan başqa Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə təhlükəsizlik səbəbi ilə şəxsi və korporativ telefonlarında bu tətbiqi yasaqlayıb. Aİ-nin digər qurumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru