Moldova bəzi Rusiya vətəndaşlarına qarşı Avropa sanksiyalarına qoşulacaq

20-03-2023, 00:04           
Moldova bəzi Rusiya vətəndaşlarına qarşı Avropa sanksiyalarına qoşulacaq
Yaxın vaxtlarda Moldova bir sıra Rusiya vətəndaşlarına qarşı Avropa İttifaqının əlavə məhdudiyyətlərinə qoşulmaq niyyətindədir.

Bunu baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku “Azad Avropa” radiosunun efirində deyib.

“Söhbət əsasən Moldovaya girişin qadağan edilməsi, bank hesablarının və ya aktivlərinin bloklanmasından gedir”, - diplomat izah edib.

Onun sözlərinə görə, sanksiyalar siyahısına 10-a yaxın Rusiya vətəndaşı daxil ediləcək. Artıq qərar verilib, lakin prosedurların başa çatdırılması üçün vaxt lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru