İsrail və Fələstin gərginliyin qarşısını almaq üçün birtərəfli tədbirlərə son qoymaq barədə razılığa gəlib.
Bu barədə "TASS" Misir Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Bildirilib ki, İsrail və Fələstin nümayəndə heyətləri yaxın 3-6 ay ərzində istənilən birtərəfli tədbirləri dayandırmağa qərar verib.
Qərar gərginliyin qarşısını almaq üçün Şarm əl-Şeyx şəhərində keçirilən təhlükəsizlik iclasında qəbul edilib. Tədbirdə Misir, İordaniya və ABŞ-dan da nümayəndə heyətləri iştirak ediblər.
“İsrail hökuməti və Fələstin Milli Administrasiyası 3-6 ay müddətində birtərəfli tədbirlərin dərhal dayandırılmasına hazır olduqlarını və birgə öhdəliklərini təsdiqləyiblər”, - mətndə yazılıb.