Yaponiyada doğum antirekordu qeydə alındı

20-03-2023, 10:34           
Yaponiyada doğum antirekordu qeydə alındı
2022-ci ildə Yaponiyada 799 728 doğuş qeydə alınb ki, bu da müşahidələr tarixində görülən ən aşağı rəqəmdir və 1982-ci ildəki 1,5 milyon doğumdan təxminən 50% azdır.

Ölkədə doğuş əmsalı - reproduktiv yaşda olan qadınlar tərəfindən doğulan uşaqların orta sayı 1,3-ə düşüb. Halbuki, əhalinin sayını sabit saxlamaq üçün bu göstərici azı 2,1 olmalıdır. Gündoğar ölkədə ölüm nisbəti on ildən artıqdır ki, doğum nisbətini üstələyir.

Əhəmiyyətli immiqrasiya göstəricilərinın olmadığı Yaponiyada əcnəbilər əhalinin cəmi 2,2 faizini təşkil edir.
Mütəxəssislərin sözlərinə görə, hazırda Yaponiyanın demoqrafik göstəriciləri geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.

Mənbə: octagon.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru