G7: “Şimali Koreya heç vaxt nüvə ölkəsi statusu almayacaq”

20-03-2023, 12:18           
G7: “Şimali Koreya heç vaxt nüvə ölkəsi statusu almayacaq”
Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayaraq bildiriblər ki, KXDR heç vaxt Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq nüvə dövləti statusu almayacaq.

Bəyanatın mətnində nazirlər Şimali Koreyanı sözügedən statusu almaq üçün “mənalı diplomatiyaya” başlamağa çağırıblar.

Sənəddə həmçinin Şimali Koreya tərəfinin ABŞ, Yaponiya və Cənubi Koreya tərəfindən irəli sürülən dialoq təkliflərini qəbul etməsi zərurətindən bəhs edilir.

Bundan əlavə, G7 ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri BMT Təhlükəsizlik Şurasının “bir sıra üzvlərin maneə törətməsi səbəbindən” KXDR-in hərəkətləri ilə bağlı fəaliyyətsizliyindən təəssüfləndiklərini bildiriblər.
Nazirlər Şimali Koreyadakı ciddi humanitar vəziyyətə diqqət çəkib və Koreya yarımadasında sülh və sabitliyin bərqərar olması üçün bütün tərəflərlə işləmək niyyətlərini açıqlayıblar.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru