Çin çox praqmatikdir, bu addımı atmayacaq - Kiyev

20-03-2023, 10:19           
Çin çox praqmatikdir, bu addımı atmayacaq - Kiyev
Çinə Rusiyaya stavka etmək sərfəli deyil, çünki Kreml perspektivi olmayan müttəfiqdir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İtaliya mediasına deyib.

Çinin Rusiyaya silah verməsi ehtimalından danışan Podolyak belə bir məntiq üçün səbəb görmədiyini vurğulayıb:

“Bu, dərhal aşkara çıxacaq və Çin digər ölkələrlə ticarət və texnoloji əlaqələrini təhlükə altına atacaq. İkincisi, çökməkdə olan Rusiyaya nə üçün kömək etmək lazımdır? İndiki Rusiya tezliklə öz fəaliyyətini dayandıracaq. Bu, geridönməz sərmayə olardı və Çin belə səhvlərə yol verməyəcək qədər praqmatikdir”.

Onun sözlərinə görə, Çin qanunları müharibə şəraitində olan dövlətə silah verilməsini qadağan edir:

“Bu gün Rusiyaya stavka etmək mənasızdır, o, perspektivli müttəfiq deyil, əksinə, zəifliklərini həddindən artıq aqressivliklə kompensasiya etməyə çalışan geridə qalmış ölkəyə çevrilir. Rusiya birbaşa şantajdan, ələalmadan, siyasi sui-qəsdlərdən, hərbi münaqişələrdən istifadə edir. Bütün bunlar destruktiv texnologiyalardır. Çin isə tam fərqli, daha uzun, çoxistiqamətli masalarda oynayır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru