ABŞ-dan Ukraynaya yeni hərbi YARDIM

21-03-2023, 08:03           
ABŞ-dan Ukraynaya yeni hərbi YARDIM
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat yayıb.

Yeni hərbi yardım paketinin həcmi 350 milyon dollar dəyərindədir. Yeni hərbi yardım paketinə HIMARS raket sistemləri və artilleriya qurğuları üçün döyüş sursatı, "Bradley" piyadaların döyüş maşını, HARM raketləri, tank əleyhinə silahlar, qayıqlar və digər avadanlıqlar üçün sursat daxildir.

Qeyd edək ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya ərazi bütövlüyünü, sərhədlərini qorumaq və NATO ilə əlaqələrini yaxşılaşdırmağa kömək etmək üçün 34,9 milyard dollardan çox təhlükəsizlik yardımı ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru