Rusiyalı general vəzifəsindən azad edildi - Cinayət işi açıldı

21-03-2023, 08:44           
Rusiyalı general vəzifəsindən azad edildi -
Rusiya Qvardiyasının Mərkəzi Dairə komandirinin müavini, general-mayor Vadim Draqomiretskiyə qarşı bu gün hərbi istintaq orqanları tərəfindən cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Draqomiretski çoxmilyonluq rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

“O, milyonlarla dollar rüşvət almaqda və səlahiyyət həddini aşmaqda şübhəli bilinir. Bu ifşa FSB və Milli Qvardiyanın birgə səyinin nəticəsi idi. Rusiya Qvardiyasının direktoru Viktor Zolotovun qərarına əsasən, Draqomiretskinin tutduğu vəzifədən azad edilib”, – deputat yazıb. Unikal.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru