Çin ən böyük düşməndir - Senator qanun hazırladı

21-03-2023, 09:42           
Çin ən böyük düşməndir -
ABŞ-ın respublikaçı senatoru Coş Houli Çin ilə normal ticarət əlaqələrini dayandırmaq üçün Konqresə qanun layihəsi təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə danışan senator belə bir qərarın ABŞ-ın Çindən iqtisadi cəhətdən asılılığı azaldacağını bildirib.

"Çin ABŞ-ın ən böyük düşmənidir. İş yerləri, sənaye və gələcək üçün şiddətli iqtisadi rəqabətdə qalib gəlməkdən ötrü ABŞ uğurunun uzun müddət davam edən düsturuna - güclü və müstəqil işçilərə qayıtmalıdır. Vaşinqtonda siyasətçilərin illərlə "uzaqgörən" qərarları problemi daha da dərinləşdirdi", - senator qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru