Niderland da dövlət qulluqçularına TikTok-u qadağan edir

22-03-2023, 00:07           
Niderland da dövlət qulluqçularına TikTok-u qadağan edir
Niderland tezliklə dövlət işçilərinə iş üçün istifadə olunan mobil telefonlara TikTok proqramını yükləməyi qadağan edəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi yanında rəqəmsallaşma üzrə dövlət katibi Aleksandra van Huffelen parlamentin aşağı palatasına ünvanladığı məktubda qeyd edib.

Bildirilir ki, ilkin mərhələdə dövlət qulluqçularının bu proqramdan könüllü imtina etməsi təşviq ediləcək, daha sonra isə ölkə rəhbərliyi məcburi qaydalar tətbiq etməyə başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl Belçika və Böyük britaniyada dövlət işçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib. Belçika Kibertəhlükəsizlik Mərkəzinin xəbərdarlığına görə, TikTok istifadəçilərdən məlumatlar toplayır. Bununla yanaşı, bir çox digər ölkələrdə də TikTok-la bağlı oxşar qadağalar tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru