Seul Vaşinqtonla Cənubi Koreya ilə bağlı məlumatların sızmasını müzakirə edəcək

10-04-2023, 00:06           
Seul Vaşinqtonla Cənubi Koreya ilə bağlı məlumatların sızmasını müzakirə edəcək
Cənubi Koreya hakimiyyəti Pentaqonun məxfi sənədlərinin sızması ilə bağlı ABŞ-la danışıqlar aparacaq. “Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Seulun diqqətini sənədlərdə ABŞ-ın Ukraynada istifadə üçün artilleriya mərmiləri ilə təmin edilib-edilməməsi ilə bağlı müzakirələrdən bəhs edən məlumatlar cəlb edib ki, bu da Seulun ölümcül silah yardımının göstərilməsi ilə bağlı siyasətini pozur.

Cənubi Koreya Prezidentinin rəsmi nümayəndəsi bildirib ki, hökumətin Ukrayna ilə bağlı əsas mövqeyində heç bir dəyişiklik yoxdur.

Bundan əvvəl “The New York Times” ABŞ prezidenti Cozef Bayden administrasiyasının nümayəndələrinə istinadən yazıb ki, Pentaqon ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrini Rusiya qüvvələrinə qarşı hücuma hazırlamaq planlarına dair məxfi sənədlərin sızması ilə bağlı araşdırmaya başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru