KİV: Aİ Rusiyaya qarşı 11-ci sanksiyanı qəbul edə bilər

10-04-2023, 09:29           
KİV: Aİ Rusiyaya qarşı 11-ci sanksiyanı qəbul edə bilər
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyanı qəbul edə bilər.

Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avroap Parlamentinin Rusiya ilə əlaqələr üzrə nümayəndə heyətinin üzvü, Xorvatiyadan olan deputat İvan Vilibor Sinçiç "İzvestiya" qəzetinə açıqlamasında bildirib.

O, qeyd edib ki, aprelin sonuna kimi yeni məhdudiyyətlər baş verə bilər.

Parlamentari bu qənaətə Avropa İttifaqının qərarlarının keçmiş dinamikasını nəzərə alaraq gəlib.

Bununla belə, Almaniya parlamentinin deputatı Qunnar Bek Aİ-nin bu həftə tədbirlər görəcəyini etiraf edib.

Öz növbəsində Estoniyanın xarici işlər naziri Urmas Reinsalu qeyd edib ki, yeni məhdudiyyətlər daha çox rusiyalı sahibkarlara təsir edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru