ABŞ-dən həyəcan TƏBİLİ: 16 yaşadək olan uşaqlara qadağa... - AÇIQLAMA

10-04-2023, 19:10           
ABŞ-dən həyəcan TƏBİLİ:
Dünya alimləri azyaşlıların mobil telefonlara həddən artıq bağlı olması ilə əlaqədar araşdırma aparıb. Məşhur psixoloq və sosioloqlar bildirib ki, 16 yaşa qədər olan uşaqlara smartfonlardan istifadə qadağan edilməlidir.

Yenicag.az xəbər verir ki, bu barədə müəyyən çağırışlar edilib. Hətta “UsForThem” adlı şirkət kampaniya başladıb. ABŞ-nin deputat və ekspertləri də məsələ ilə bağlı həmfikirdir. Onlar düşünür ki, rəqəmsal asılılıq ciddi fəsadlara yol aça bilər.

Bundan əlavə, təhsil işçiləri də öz narahatlıqlarını dilə gətirib. Bildirilib ki, azyaşlıların internetdə tütün məmulatları, cinsi əlaqə, bullinq və alkoqol kimi kontentləri izləməsi tamamilə yolverilməzdir.

Qərarın qüvvəyə minib-minməməsi hal-hazırda sual altındadır. Amma dövlət qurumları bu barədə rəsmi qadağa qoymaq üçün əlindən gələni edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru