Bayden oğlu ilə bağlı yalanı təkrarladı - Jurnalist ələ saldı

12-06-2023, 10:39           
Bayden oğlu ilə bağlı yalanı təkrarladı -
Avstraliyanın “Sky News” telekanalının aparıcısı Rita Panahi ABŞ prezidenti Co Baydenin Şimali Karolinadakı hərbi bazaya səfərini ironik şəkildə şərh edib.

Publika.az xəbər verir ki, onun telekanalın efirində verdiyi açıqlamadan bir parça “YouTube”da yayılıb.

Panahi tamaşaçıları “azad dünyanın liderinə, yer üzündə ən qüdrətli mövqeyə sahib olan insana” nəzər salmağa dəvət edib. O, Baydeni ələ salaraq, tədbirin yayımından bir hissəni nümayiş etdirərək, “burada o, on saniyə heç bir yerə baxmır, çaşqın və yönünü itirmiş görünür" deyib.

Jurnalist qeyd edib ki, prezidentin oğlu Bo xərçəngdən ölsə də, onun İraqda ölməsi ilə bağlı yalanı təkrarlayıb. Panahinin sözlərinə görə, Bayden bu il artıq dörd dəfə yalan bəyanatlar verib.

"Bu çıxışa baxın və özünüzdən soruşun ki, bu adam Oval kabinetdə oturmağa layiqdirmi" deyə o, yekunlaşdırıb.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Aprelin 25-də Bayden ən yüksək hökumət postuna yenidən seçilmək niyyətində olduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru