Rusiya Ukraynada “sanitar zona” yarada bilər

14-06-2023, 13:04           
Rusiya Ukraynada “sanitar zona” yarada bilər
Rusiya öz regionlarının atəşə tutulması davam edəcəyi təqdirdə Ukrayna ərazisində “sanitar zona”nın yaradılması məsələsinə baxacaq.

Bu barədə çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Əlbəttə, Ukrayna ərazisindən bizim ərazimizin atəşə tutulması ehtimalı qalır. Bunu həll etməyin bir neçə yolu var: Birincisi, əks-aktareya döyüşünün effektivliyini artırmaq. Amma bu, o demək deyil ki, hücumlar olmayacaq. Əgər belə davam edərsə, biz yəqin ki, bu məsələyə baxmalı olacağıq. Ukrayna ərazisində elə bir məsafədə hansısa sanitar zona yaratmaq lazımdır ki, ərazimizə müdaxilə etmək mümkün olmasın”, - deyə dövlət başçısı hərbi jurnalistlərlə görüşündə bildirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru