ABŞ-la İran arasında diplomatik əlaqələr bərpa olunub - İDDİA

15-06-2023, 00:09           
ABŞ-la İran arasında diplomatik əlaqələr bərpa olunub - İDDİA
ABŞ İranda həbsdə olan vətəndaşlarını azad etmək və nüvə fəaliyyətlərini cilovlamaq məqsədilə Tehranla sakitcə diplomatik münasibətləri bərpa edib.

Hit.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) məlumat yayıb.

Xəbərə görə, ABŞ-dakı Co Bayden administrasiyası Tehranın saxladığı amerikalı məhbusları azad etmək və inkişaf etməkdə olan nüvə proqramını məhdudlaşdırmaq məqsədi ilə İranla danışıqları sakitcə yenidən başladıb.

Xəbərdə iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında dekabr ayında Nyu-Yorkda başlayan danışıqlardan sonra Ağ Ev rəsmilərinin ən az üç dəfə Omana getdiyi və Oman rəsmilərinin tərəflər arasında vasitəçilik etdiyi bildirilir.

Müvafiq olaraq, məhbusların azad edilməsi və onların nüvə fəaliyyətlərinin məhdudlaşdırılması müqabilində Tehran administrasiyası ABŞ-ın xaricdəki aktivlərinə qoyulan sanksiyaların ləğvinə nail olmaq və milyardlarla dollarlıq enerji gəliri əldə etmək istəyir.

İki ölkə arasında təmasların bərpası ilə daha əvvəl iqtisadi sanksiyalar səbəbiylə dondurulan elektrik və qaz idxalı üçün İraqın İrana 2,7 milyard dollar ödəməsini Vaşinqtonun da təsdiqlədiyi iddia edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru