Əks-hücum davam edir - Ukrayna üç istiqamətdə irəliləyir

15-06-2023, 08:51           
Əks-hücum davam edir -
Çərşənbə günü Ukrayna qoşunları ən azı üç istiqamətdə əks-hücum əməliyyatlarını davam etdirib və uğur əldə ediblər.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən və müntəzəm olaraq Ukraynadakı vəziyyəti şərh edən Müharibələrin Tədqiqi İnstitutu bildirib.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bir gün əvvəl Ukrayna qoşunlarının Baxmut bölgəsində 200-500 metr, Zaporojye istiqamətində isə 300-350 metr irəlilədiyini açıqlayıb.

Rusiya mənbələri Ukrayna qoşunlarının Baxmutun şimal-qərb, şimal-şərq və cənub-qərb cinahlarında əks-hücumlarını davam etdirdiyini deyir.

Rusiyalı "hərbi müxbirlər" Ukraynanın cənubunda güclü yağış və əlverişsiz hava şəraitinin Ukraynanın hücumlarının sürətini ləngidə biləcəyini düşünür, lakin Anna Malyar hava şəraitinin heç də həmişə Ukraynanın hücumlarına təsir göstərmədiyini vurğulayıb.

“Tavriçeski istiqaməti” əməliyyat-taktiki qrupunun sözçüsü Valeri Şerşenin sözlərinə görə, Zaporojye istiqamətində Ukrayna qüvvələri Rusiyanın radioelektron mübarizə sistemlərinə zərbələr endirməyə üstünlük verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru