ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketi ayıracaq

26-06-2023, 23:34           
ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketi ayıracaq
İyunun 27-də Amerika Birləşmiş Ştatları Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edəcək. “Report” xəbər verir ki, bu barədə “CNN” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Yeni hərbi yardım paketinə “Bradley” zirehli texnikası və “Stryker” zirehli transportyorları daxil olacaq. Onlar Ukraynanın əvvəllər hücum zamanı itirdiyi texnikanı əvəz edəcəklər. “CNN” Ukraynaya veriləcək avtomobillərin dəqiq sayı barədə məlumat vermir.

İyun ayında ABŞ artıq Ukraynaya 325 milyon dollarlıq hərbi yardım ayırdığını elan edib. Ümumilikdə, 2022-ci ilin fevralından ABŞ Ukraynaya hərbi yardım üçün 39 milyard dollar ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru