Ermənistanda Fövqəladə Hallar Nazirliyi fəaliyyətini dayandırır

27-06-2023, 13:08           
Ermənistanda Fövqəladə Hallar Nazirliyi fəaliyyətini dayandırır
Ermənistan Fövqəladə Hallar Nazirliyi bildirir ki, idarənin fəaliyyəti bu il iyunun 30-dan dayandırılacaq.

Bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“2022-ci il dekabrın 16-da qəbul edilmiş “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında” Ermənistan qanununa əsasən, Daxili İşlər Nazirliyi yaradılıb ki, bu da Fövqəladə Hallar Nazirliyinin funksiyalarını da özündə ehtiva edir”, - məlumatda deyilir.
Bundan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri ilə bağlı sual, təklif, bəyanat və məktubların zəruri hallarda elektron poçt, eləcə də vahid platforma vasitəsilə Daxili İşlər Nazirliyinə göndərilməsinə ehtiyac yaranacaq.

Qeyd edək ki, Ermənistanda Daxili İşlər Nazirliyi 2022-ci ilin sonunda yenidən yaradılıb. Onun strukturuna Xilasetmə Xidməti də daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru