Banqladeşdə iğtişaşlar zamanı 20-yə yaxın polis əməkdaşı yaralanıb

30-07-2023, 08:44           
Banqladeşdə iğtişaşlar zamanı 20-yə yaxın polis əməkdaşı yaralanıb
Banqladeşin müxalifəti və hakim partiyasının tərəfdarları artıq ikinci gündür ki, Dəkkədə minlərlə insanın qatıldığı etiraz aksiyası keçirir, iyirmiyə yaxın polis yaralanıb, azı 90 nəfər saxlanılıb.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın Polis İdarəsinin nümayəndəsi Faruk Əhməd məlumat verib.

Banqladeş Millətçi Partiyasının tərəfdarları 2009-cu ildən bəri hakimiyyətdə olan və müxalifət tərəfindən demokratik azadlıqları boğmaqda ittiham olunan Baş nazir Şeyx Hasinanın istefası tələbi ilə son həftələr etiraz aksiyası keçirirlər. 2024-cü ilin yanvarında ölkə parlamentinə növbəti seçkilər keçirilməlidir.

Müxalifət Hasinanın istefasını və keçid hökuməti altında seçkilərin keçirilməsini tələb edir. Onların fikrincə, bu, seçkilərin ədalətli baş tutmasına zəmanət verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru