Alman müxalifəti çağırış etdi: Bu raketləri Kiyevə verin...

30-07-2023, 11:30           
Alman müxalifəti çağırış etdi:
Siyasətçilər və diplomatlar Almaniya hakimiyyətini Ukraynaya “Taurus”raketlərini verməyə çağırırlar.

Axar.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bundestaqın müxalif Xristian Demokratik İttifaqından deputat Roderix Kizevetter bildirib ki, Berlin təcili olaraq Ukraynaya daha çox “Leopard 2” tankı, minatəmizləmə avadanlığı, zenit sistemləri, sursatlar və “Taurus” qanadlı raketləri verməlidir.

Onun sözlərinə görə, hazırda alman ordusunun arsenalında 600 “Taurus” raketləri var.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi Kiyevə “Taurus” uzaqmənzilli qanadlı raketlər verməkdən imtina etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru