İsrail yeni peyki uğurla orbitə çıxarıb

31-07-2023, 08:17           
İsrail yeni peyki uğurla orbitə çıxarıb
İsrailin "Israel Aerospace Industries" şirkəti yeni DS-SAR peykinin uğurla buraxıldığını elan edib.

Teref.az "Report"-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Buraxılış Hindistan daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Peyk hazırda orbitdədir və sistemlərinin düzgün işlədiyinə əmin olmaq üçün lazımi yoxlamalar aparır. Yaxın vaxtlarda o, Yerə hava haqqında məlumat göndərməyə başlayacaq.

Nəşr qeyd edir ki, bir neçə Sinqapur şirkəti də peykin təqdim etdiyi məlumatlara çıxış əldə edəcək.

Bundan əvvəl mart ayında İsrail “Ofek 13” peykini uğurla orbitə çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru