Tiflisdə təbii fəlakət: Bütün qurumlar səfərbər oldu

30-08-2023, 00:10           
Tiflisdə təbii fəlakət: Bütün qurumlar səfərbər oldu
Güclü leysan və onun gətirdiyi sel Tiflisdə də ciddi fəsadlar törədib.

Axar.az xəbər verir ki, küçələri və evləri sel suları basıb, elektrik xətləri zədələnib.

Meriya təbii fəlakətlə bağlı vəziyyətdən dolayı qaynar xətt yaradıb.

Yeraltı keçidlərin su altında qaldığı, ağacların aşdığı və elektrik xətlərinin zədələnməsi ilə bağlı ilkin məlumatlar var.

Meriyanın bütün rayonlardakı xidmətləri və Fövqəladə Hallar İdarəsi səfərbər olunub və yaranmış problemləri aradan qaldırmağa çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru