Niger ordusu Fransa qoşunlarının ölkəni sentyabrın 3-dək çıxarmasını tələb edir

31-08-2023, 07:58           
Niger ordusu Fransa qoşunlarının ölkəni sentyabrın 3-dək çıxarmasını tələb edir
Nigerdə ​​üsyançıların yaratdığı "Vətənin Qurtuluşu Milli Şurası" Fransadan sentyabrın 3-dək qoşunlarını respublika ərazisindən çıxarmağı tələb edib.

Milli Şuranın nümayəndəsi xatırladıb ki, Fransaya silahlı qüvvələrini ölkə ərazisindən çıxarmaq üçün 30 gün vaxt verilib. Bu müddət sentyabrın 3-də başa çatır.

Telekanal bildirir ki, Niger əhalisi arasında Fransa hərbçilərinin respublikada olmasından narazılıq artır. Ölkənin hakimiyyət orqanlarına Nigeri tərk etməyə məcbur etmək üçün Niamey bazasında yerləşdirilən fransız hərbçilərin qida, elektrik və su təchizatını kəsmək çağırışları var.
Mənbə: Sky News Arabia












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru