Danimarka Ukraynaya yeni yardım paketini açıqladı

13-09-2023, 08:03           
Danimarka Ukraynaya yeni yardım paketini açıqladı
Danimarka Ukraynaya ən böyük maliyyə yardımı paketini vermək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Ukraynaya 5,8 milyard DKK məbləğində yeni yardım paketi ölkənin hərbi müdafiəsini tanklar, piyada döyüş maşınları, tank sursatları və zenit silahları ilə təmin edəcək”, – deyə departament bildirib.

Ayrılan vəsaitin 4,3 milyard kronunun cari 2023-cü ildə, 1,4 milyard kronunun növbəti ildə, qalan 52 milyon kronunun isə 2025-ci ildə köçürüləcəyi qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru