Ermənistan əhalisinin sayı 30 ildə 1 milyon nəfər azalıb
16-09-2023, 12:34
Ermənistan Statistika Komitəsi bu yaxınlarda 2022-ci ildə ölkədə keçirilmiş siyahıyaalmanın nəticələrini təqdim edib.
Məlumata görə, ölkənin əhalisi 2 milyon 638,9 min nəfər təşkil edir.Əlavə olaraq 300 min nəfərin siyahıyaalma dövründə ölkədə olmadığı, amma Ermənistanda qeydiyyatda olduğu iddia edilir.
Maraqlıdır ki, Ermənistanda əhalinin ən yüksək sayı 1992-ci ildə qeydə alınmışdı - 3,6 . Bu dövrdən bəri əhali sayı hər il kəskin azalır.
Onu da qeyd edək ki, Ermənistan əhalisinin tərkibində rusiyalılar və ukraynalıların da sayı artıb. Belə ki, rəsmi məlumata görə, 2021-ci ilin əvvəlinə ölkədə 69,3 min rus və 3 min ukraynalı var idisə, 2023-cü ilin əvvəlinə müvafiq göstəricilər artıq 117,3 min və 19,8 minə bərabər olub.