İspaniyada ilk dəfə daun sindromlu qadın millət vəkili oldu

16-09-2023, 10:38           
İspaniyada ilk dəfə daun sindromlu qadın millət vəkili oldu
İspaniyada daun sindromlu qadın, 46 yaşlı siyasətçi Mar Qalseran ilk dəfə parlament üzvü olub.

O, Valensiya Muxtar İcmasının parlamentinə seçilib.

Deputat belə bir məsuliyyətli vəzifə tutmağa qadir olduğunu sübut etmək və cəmiyyəti “əlilliyi yox, insanı görməyə” təşviq etmək niyyətindədir.

Qalseranın fikrincə, əgər siyasətdə maneələr varsa, deməli, onlar sağlamlıqla bağlı məhdudiyyətlər deyil, “cəmiyyətin psixoloji maneələridir”.

Siyasətçi bu sərhədlərin dağıdılmasına töhfə vermək fikrindədir.

Qalseran çox gənc yaşlarından siyasətlə maraqlanıb və ona bu imkan yaratdığına görə Xalq Partiyasına təşəkkür edib.

Qeyd edək ki, Qalseran 26 ildir ki, dövlət qulluğundadır. O, xüsusilə Valensiya səhiyyə nazirinin müavini vəzifəsində çalışıb. Qalseran həm də hotel biznesi və turizm sahəsində mütəxəssisdir.(Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru