Rus dronlarını bu halda məhv edəcəyik - General

16-09-2023, 13:45           
Rus dronlarını bu halda məhv edəcəyik - General
Buxarest özünə təhlükə yaradacaq rus dronlarını məhv edəcək.

Axar.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Qərargahının rəis müavini, general Georgits Vlad deyib.

Rumıniya generalı bildirib ki, ölkə Dunay deltası bölgəsində təxminən 600 əsgər və radar sistemləri yerləşdirib:

“Biz bəzi radarlar yerləşdirmişik, müdafiə vasitələrimizi işə salmışıq və Rusiyanın təcavüzünə qarşı çıxış yolu tapmaq üçün NATO müttəfiqlərimizlə müzakirələr aparmışıq”.

Həmçinin general Rusiya pilotsuz təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemlərindən istifadə edilib-edilməyəcəyi sualını cavablandırıb.

"Təhlükə səviyyəsindən asılı olaraq, biz Rumıniya ərazisini qorumaq üçün bütün mövcud hərbi vasitələrdən istifadə etməyə hazırıq", - hərbçi əminliklə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru