MAK prezidenti Makronla Rusiyayla əməkdaşlığı müzakirədən imtina edib

17-09-2023, 11:24           
MAK prezidenti Makronla Rusiyayla əməkdaşlığı müzakirədən imtina edib
Mərkəzi Afrika Respublikasının (MAK) prezidenti Fosten-Arkanj Tuadera Fransa prezidenti Emmanuel Makron ilə danışıqlar zamanı bunun suverenlik məsələsi olduğunu vurğulayaraq Rusiya ordusu ilə əməkdaşlığı müzakirə etməkdən imtina edib.

Cebhe.info xəbər verir ki, bu barədə “RFI” radiostansiyası Mərkəzi Afrika Respublikası prezidentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Tuadera fransalı həmkarına müdafiə və təlimlə bağlı dövlətlər arasında razılaşmanın bir hissəsi kimi Rusiya hakimiyyəti ilə işlədiyini izah edib və sonra əlavə edib ki, qalanı “onun (Makronun – Qeyd) işi deyil.

“Əgər biz ənənəvi tərəfdaşımız Fransa ilə tam inamla işləmək istəyiriksə, o zaman biz yaşadığımız reallığa və ölkəmiz üçün istədiklərimizə əsaslanaraq işləyəcəyik. Danışıqlar zamanı belə bir hiss var idi ki, Fransa açıq və dürüst əməkdaşlığı bərpa etmək arzusundadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru