Özbəkistan prezidenti ABŞ-a səfər edib

17-09-2023, 14:45           
Özbəkistan prezidenti ABŞ-a səfər edib
Özbəkistan prezidenti Şavkat Mirziyoyev BMT Baş Assambleyasının plenar sessiyasında çıxış edəcəyi Nyu-Yorka gəlib.

APA xəbər verir ki, bu barədə ölkə başçısının saytında məlumat verilib.

Məlumatda bildirilir ki, Mirziyoyev sentyabrın 19-da BMT Baş Assambleyasının plenar sessiyasının ümumi müzakirələrində məruzə ilə çıxış edəcək və regional və qlobal gündəliyin aktual problemlərinə dair baxışını təqdim edəcək. Aydındır ki, beynəlxalq siyasi tədbir çərçivəsində həmçinin Mərkəzi Asiya ölkələri və ABŞ liderlərinin sammiti, xarici dövlətlərin başçıları, nüfuzlu beynəlxalq təşkilatların və Amerikanın aparıcı şirkətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçiriləcək.

Bundan əvvəl dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib ki, Mirziyoyev sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının 78-ci sessiyasında şəxsən iştirak etmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru