Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Inlə görüşüb

17-09-2023, 15:44           
Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Inlə görüşüb
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Inlə görüşüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, görüş Kim Çen Inın Vladivostoka səfəri zamanı baş tutub.

Danışıqlar zamanı dünyadakı vəziyyət və iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

KXDR lideri, həmçinin Uzaq Şərq Federal Universitetinə və akvariuma baş çəkib, burada morj Mişanın iştirakı ilə tamaşaya baxıb.

Qeyd edək ki, Şimali Koreya liderinin Rusiya səfəri sentyabrın 13-dən başlayıb, hələ də davam edir. O, səfər çərçivəsində Amur vilayətinin Vostoçnıy kosmodromrunda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru