Aİ müdafiə büdcəsini artırır

18-09-2023, 12:18           
Aİ müdafiə büdcəsini artırır
Avropa Parlamenti Avropa Komissiyasının 2024-cü ildə müdafiəyə daha çox vəsait ayırmaq təklifini dəstəkləyib.

Məlumata görə, danışıqlarda parlament nümayəndələri Avropa Müdafiə Fondunun 625 milyon avro artırılmasına, eləcə də hərbi mobillik proqramları üçün daha 45 milyon avronun ayrılmasına nail olmaq istəyini ifadə ediblər.

Bildirilir ki, söhbət ilkin olaraq Avropa Komissiyasının təqdim etdiyi büdcəyə əlavədən gedir. Şura Parlamentin və Komissiyanın təklifini dəstəkləsə, Avropa Müdafiə Fondunun 2024-cü il büdcəsi 1,263 milyard avro, hərbi mobillik proqramı isə 286 milyon avro olacaq.
Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru