Hindistanda sirli qəbilə üzvləri inanclarını göstərmək üçün bütün bədənlərinə gizli söz döydürürlər - FOTO

17-11-2023, 16:15           
Hindistanda sirli qəbilə üzvləri inanclarını göstərmək üçün bütün bədənlərinə gizli söz döydürürlər - FOTO
Mərkəzi Hindistanda yaşayan sirli qəbilənin üzvləri öz tanrılarına o qədər bağlıdırlar ki, onun adını bütün bədənlərinə döydürürlər.

Tədqiqatçı və videoqraf Dryu Binski “Ramnami Samac” sektasını ziyarət edib və onların arasında inanclarına qəribə sədaqət nümayiş etdirənlərin sayının azalmasının, lakin inanclarının həmişə olduğu kimi güclü olduğunun şahidi olub.

Bütün bədəninə döymə etdirən insanlar purnanakşik adlandırılırlar. Onların bədənlərində, üzlərində və bəzi hallarda dillərində “Ram” sözü döymə etdirilib. Bu insanlar güclü inancları səbəbindən döymənin onlara heç bir zərər vermədiyini söyləyirlər.

Ancaq bu günlərdə “Ramnami” qəbiləsinin gəncləri bu döyməni bütün üzlərinə döydürməkdən çəkinirlər. Bunun əvəzinə onlar bədənlərinin paltarın altında qalan hissəsinə gözə çarpmayan “Ram” sözünü döydürürlər.




Mənbə: Daily Star












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru