Vəziyyət mürəkkəbdir, ruslar irəliləyir - NATO

17-11-2023, 09:51           
Vəziyyət mürəkkəbdir, ruslar irəliləyir - NATO
Ukraynadakı münaqişə zonasında vəziyyət NATO rəhbərliyinin gözlədiyindən də mürəkkəb olub.

Axar.az xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, son vaxtlar Rusiya ordusu təmas xəttində hücum əməliyyatları keçirməyə başlayıb, rus qoşunları tədricən Donetskin Avdeyevka şəhərinə doğru irəliləyir:

“Ancaq vəziyyətin gözləniləndən daha mürəkkəb olması yardıma qarşı arqument deyil, bu, Ukraynaya daha böyük yardımın lehinə olan arqumentdir. Müttəfiqlər Rusiya Prezidenti Vladimir Putinin qalib gəlməsinə imkan verə bilməzlər. Hadisələrin bu cür inkişafı alyansın özünə mənfi təsir göstərəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru