Rusiya paytaxtında FTX-nın yüksək rütbəli əməkdaşları saxlanılıb

17-11-2023, 09:53           
Rusiya paytaxtında FTX-nın yüksək rütbəli əməkdaşları saxlanılıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin departamentlərindən birinin bir neçə əməkdaşı Merlion şirkəti ilə bağlı iş üzrə saxlanılıb. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət edən bu işçilər istintaqı başa çatdırmaq üçün şirkət rəhbərliyindən 5 milyard rubl tələb etməkdə ittiham olunurlar.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həbs ötən həftə baş tutub. Moskvanın Basmannı məhkəməsi İstintaq Komitəsinin əməkdaşlarını cinayətkar birlik təşkil etməkdə və xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edərək həbs qətimkan tədbiri seçib. Federal Miqrasiya Xidmətinin keçmiş rəhbəri, əvvəllər həbs edilmiş general Konstantin Romodanovskinin oğlunun da saxlanıldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru