ABŞ bu geyimlərin istehsalı üçün 22 milyon dollar ayırıb
18-11-2023, 08:44
ABŞ məlumat yaza bilən ağıllı tekstil məhsullarının inkişafı üçün büdcə ayırıb.
Valyuta.az xəbər verir ki, fantastik film janrlarının əsas simvollarından olan ağıllı geyimlər ABŞ-ın sərmayəsi ilə real dünyaya gətirilir. Sənayeyə ağıllı paltar istehsalı üçün 22 milyon dollarlıq böyük bir investisiya yatırılıb. "Ağıllı e-şalvar" layihəsinin məqsədi şəkillər, videoların çəkilməsi və səslərin yazılması də daxil olmaqla, geyim vasitəsilə məlumatları qeyd etmək və GPS məlumatlarını hökumətə ötürməkdir. Üstəlik, ABŞ onu elektronika ilə təchiz olunmuş gündəlik paltarlar kimi dizayn edir. Lakin gündəlik istifadədə, o cümlədən parçanın uzanması, əyilməsi və yuyulması problemi olmayacaq. Sənaye hələ o qədər inkişaf etməsə də, dünyanın ən məşhur texnologiya şirkətlərindən biri olan "Apple" da daxil olmaqla bir çox təşkilat və şirkət bu növ “ağıllı parça” nın inkişafına artıq sərmayə qoyub.