66 yaşlı fransız deputat xanım həmkarına narkotik verdi və…

19-11-2023, 00:13           
66 yaşlı fransız deputat xanım həmkarına narkotik verdi və…
66 yaşlı fransız senator Joel Guerre parlament üzvünə seksual xarakterli zorakılıq etmək niyyəti ilə ona narkotik maddə verməkdə ittiham olunur.

Cebhe.info xəbər verir ki, Paris prokurorluğunun verdiyi məlumatı senatorun vəkili Remi Pyer Dray da təsdiqləyib.

Məlum olub ki, Guerre 48 yaşlı parlament üzvü Sandrin Jassoya cinsi təcavüz etmək niyyəti ilə istintaq altındadır.

Həmçinin 60 yaşlı senator sözügedən xanıma insanın hərəkətlərini qavramasını və ya nəzarətini dəyişdirə bilən narkotik maddənin verilməsinə görə ittiham olunur.

Sandrin Jassonun vəkili Culiya Minkovski Fransa mediasına bildirib ki, hakim “Modem” koalisiyasından olan millət vəkili bu həftə onun mənzilində bir stəkan şampan içdikdən sonra özünü pis hiss edib. Xanım deputat senatorun əlində ağ maddə olan kiçik bir plastik torba tutduğunu və içkisinə nəsə qatdığını görüb.

İddia edilən insident zamanı Sandrin Jassonun senatorun mənzilində niyə olduğu hələlik açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru